Kateqoriyasız

Rəşad Sadıqov heç-heçəni şərh etdi: “Buna potensialımız var”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın VIII turunda “Səbail”lə evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb.

– Ümumən bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə daha çox mərkəzdə getdi. Eyni səviyyəli oyun keçdi. Çox baxımlı futbolun şahid olamdıq. Qollu oyun olmadı. Daha yaxşı oynaya bilərdik. Buna potensialımız var. Hər şey düşündüyümüz kimi alınmadı.

– Bəzən sərt reaksiya versəniz futbolçularınıza. Sizə futbol oynadığınız vaxtda baş məşqçi belə etsəydi, reskiyanız necə olardı:

– Mənə belə sərt reaksiya az verməyiblər. Bir çox məşqçilər futbolçularından tələb edirlər. Fikrinizə razı deyiləm ki, daim belə edirdim. Çünki dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Özüm də futbol oynadığımız vaxtda danışan, tələbkar olmuşam, reaksiya göstərmişəm.

– Davit Volkov qolçu hücumçu olsa da, son vaxtlar oyunu alınmır. Nədir səbəb?

– Ümumiyyətlə, son 3 oyunda qol vurmaqda çətinlik çəkirik, cəmi 1 qol vurmuşuq. Sumqayıtda yaxşı qol imkarımız oldu. “Qarabağ”la marçda bəzən yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinlik çəkirik. Sırf Volkovla bağlamazdım, Rəqiblərimiz də bizi analiz edir. “Səbail” yaxşı müdafiə olunurdu. Hücumçu aslı mövqedi. Ona şərait yaratmaq lazımdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43