28 Sentyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “İkinci hissədə oyun bizim üçün daha rahat keçdi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz” oyunu (3:0) sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. “Sabah”ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43