Dünya futbolu

Rəşad Sadıqov: “Ona tərəf qaçdım ki, əlindəki əskini alım”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Arsenal”la keçirilən oyunda (0:1)  baş verən erməni təxribatına münasibət bildirib.

Təcrübəli müdafiəçi oyundan sonra etdiyi açıqlamasında meydana qaçan təxribatçının əlindəki separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını almaq istədiyini deyib:

 “Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik”.  (qol.az)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43