Milli komanda

Rəşad Sadıqov: “Oyunumuzdan narazı qaldım”

Dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov Bosniya və Herseqovina yığması ilə bu gün keçirilmiş yoldaşlıq oyunu barədə  fikirlərini bildirib:

“Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.

Qeyd edək ki, oyun Bosniya millisinin 2:0 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43