Kateqoriyasız

Rəşad Sadıqov: “Psixoloji üstünlük “Neftçi”dədir”

“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə Ağdam təmsilçisi bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov stadionunda mətbuata açıq məşq keçirib. Komandanın kapitanı Rəşad Sadıqov qarşıdakı “Neftçi” oyunu barəsində fikirlərini bildirib:

“Bizdə həmişə yaxşı ab- hava yaxşı olur. Biz buna çox önəm veririk. Əgər vəziyyəti analiz etsək, psixoloji üstünlük “Neftçi”dədir. Biz bunu bilirik. Ancaq biz də yaxşı hazırlanmışıq. Son illərdə bəlkə də belə duruma düşməmişdik. Rəqib yaxşı formadadır, biz də yaxşı hazırlaşırıq. Düşünürəm ki, 14 oyunun hər biri çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43