Kateqoriyasız

Rəşad Sadıqov qələbəni şərh etdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt” üzərində səfər qələbəsini şərh edib.

İdmanxeber.az xəbər verir ki, o, matçda sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Çətin matçı səfər oldu. Son oyunlarda “Sumqayıt”da Samir Abasovun əl işi görünür. Qola qədər komandamızda hər şey qaydasında idi. Ondan sonra bir qədər passivləşdik. İkinci yarıda isə daha aktiv idik. Nəticədə vacib qələbə qazandıq”.

Mütəxəssis mövsümdə 4-cü qolu vuran müdafiəçi Sərtan Taşkından hücum planında da yararlanacağını söyləyib:

“Bu gün onu hücumda oynatdım. Məşq və oyunlarda onda hücum planında irəliləyiş görünür. İtkilərimiz var idi. Hücumu gücləndirməyə futbolçu yox idi. Sərtan ümidləri doğrultdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43