Kateqoriyasız

Rəşad Sadıqov suallara cavab vermədi: “Bəzi futbolçular ayaq üstə güclə dayanırdı” – Video

Azərbaycan Premyer Liqasında XXV tuurn “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.

Mövsümün sonuna qədər suallara cavab verməyəcəyini söyləyən gənc mütəxəssis matçı belə dəyərləndirib:

“Uşaqları bağrıma basıram. Bəzi futbolçular ayaq üstə güclə dururdu. Bu da məlum idi. Kubokda ağır oyun keçirmişdik. “Qarabağ” üstün idi. Amma biz çempionluğa oynayan komandadan 1 xal aldıq. Futbolçulara minnətdaram. Son 3 oyunda çox xal qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43