Kateqoriyasız

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi oldu

“Zirə” klubunin yeni baş məşqçisinin adı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, komandanın yeni baş
məşqçisi Rəşad Sadıqov olacaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun mətbuat
xidmətinə açıqlamasında bu barədə fikirlərimi bildirib:

“Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən
sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə
çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi
təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə
yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş
məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43