Ölkə futbolu

Rəşad Sadıqovun “Qarabağ”da işləməyəcəyi dəqiqləşdi – Foto

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadıqov “Qarabağ”la vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib.

“Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43