İdman

RƏSMƏN “Qəbələ”dən ayrıldı

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43