Dünyadan

RƏSMİ: “Barselona”da şok itki

"Barselona"nın aparıcı üzvülərindən olan Xavi yoxlama görüşündə zədələnib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun 34 yaşlı yarımmüdafiəçisi baldırından zədə alıb və bu haqda klubun rəsmi saytı xəbər yayıb:

"Bazar ertəsi keçirilən məşqdə Xavi sol baldırından zədə alıb. Klub həkimləri testlər keçirəcəklər və Xavinin meydana nə vaxt qayıdacağı müəyyənləşəcək".

34 yaşlı futbolçu "Barselona"nın "Nitsa"yla oynadığı matçda komandasının yeganə qoluna imza atmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43