Premyer Liqa

RƏSMİ: Elnur Allahverdiyevlə bağlı qərar verildi – AÇIQLAMA

"Elnur Allahverdiyev böyük ehtimalla göndəriləcək. Artıq bu haqda rəsmi məlumat verəcəyik".

Bu sözləri idmanxeber.com-a "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi bildirib ki, Elnurun başqa kluba keçidində hər hansı bir problem yaradılmayacaq:

"Elnurun komandamızda gördüyü işləri və millinin oyunçusu olduğunu nəzərə alıb onun hər hansı bir kluba keçidində problem yaratmayacağıq. Yəni o azad futbolçu kimi istədiyi komandaya keçə bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43