Ölkə futbolu

RƏSMİ: Millimizi portuqaliyalı mütəxəssis çalışdıracaq

Çimrəlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi portuqaliyalı mütəxəssis Jose Miguel Mateusa həvalə olunub.

Bu haqda AFFA-nın saytı məlumat yayıb. Onun qarşısına milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Bu gün AFFA-nın inzibati binasında Jose Miguel Mateusla görüş keçirilib. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43