Ölkə futbolu

RƏSMİ: “Neftçi” Nazim Süleymanovla birgə istefa verən məşqçini geri qaytardı

"Neftçi" baş məşqçi Nazim Süleymanovla birgə istefa verən Səmədağa Şıxlarovu yenidən geri qaytarıb.

Bu barədə idmanxeber.com-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszaə deyib.

Klub rəsmisi bildirib ki, Şıxlarov bundan sonra "ağ-qaralar"ın aşağı yaş qrupları üzrə komandalarında seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43