16 Sentyabr 2024
Kateqoriyasız

RƏSMİ: “Qarabağ” Fransadan futbolçu transfer etdi (FOTO)

"Qarabağ"  yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu Fransa Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi El Jadeyaouinin keçidini həll edib. 

29 yaşlı əlcəzairəzilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin  karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb.  Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisini də çağrılıb.

Bugün futbolçuyla 2 illik müqavilə bağlanılıb.  Alharbi komandamızda 10 nömrəli futbolkanı daşıyacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43