Ölkə futbolu

RƏSMİ: “Qəbələ” Avropa Liqasındakı ev oyunlarını Qəbələdə keçirə bilər – ÖZƏL

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" ev oyunlarını Bakıda keçirməsi ilə bağlı xəbər vermişdik. 

Lakin əyalət klubunun ev oyunlarını doğma Qəbələ şəhərində keçirilmə variantı gündəmə gəlib.

Klubun baş meneceri Zaur Əzizov idmanxeber.com-a açıqlamasında ilk dəfə vəsiqə qazandıqları Avropa Liqasındakı ev oyunlarını məhz doğma şəhərlərində keçirə biləcəklərini də bildirib:

"Bu gün AFFA nümayəndəsi bizim stadiona baxdı. Biz ev oyunlarını öz meydanımızda keçirmək fikrimizi həyata keçirmək üçün lazım olan bütün işləri görməyə çalışırıq. İşıqlandırma sistemi yoxdur ki, onu da həll edəcəyik. Bundan əlavə əlavə tribunalar da olacaq. Artıq bir şirkətlə də danışıqlar yekunlaşıb.  Qısacası hər şey standartlara cavab verəcək. Sadəcə UEFA-nın bu istəyimizə necə cavab verməsindən çox şey asılıdı. AFFA da bizə yöndə çox köməklik edir. Ev oyunlarını Qəbələdə keçirmək ehtimalımız 50 faizdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43