Ölkə futbolu

RƏSMİ: “Qəbələ” bir futbolçu ilə yollarını ayırdı

“Qəbələ” yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun

“Qəbələ”nin heyətindəki yarımillik karyerası başa çatıb.

Qeyd edək ki, 2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında “Qəbələ”in heyətində 14 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43