Ölkə futbolu

RƏSMİLƏŞDİ: Elias “nağıl”ı müsbət sonluqla yekunlaşdı

“Xəzər Lənkəran” Futbol Klubu transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidini həll etdi.

İdmanxeber.com-un məlumatına görə, San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin “Bahia” klubunun yetirməsidir. “Vasko da Qama” və “Fluminense”də az müddət çıxış edəndən sonra, Elias 3 il “Atletico Qoainense”nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Eyn” klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu “Fiqeyrense”də çıxış edib.

Son iş yeri Braziliya A Seriyası təmsilçisi “Atletiko Paranaense” olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi “Ponte Preta”nın heyətində keçirib.

Futbolçu ilə “Xəzər Lənkəran” arasında növbəti mövsümün sonuna qədər olan müddətdə müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43