İdman

RƏSMİ:”Qarabağ” Superliqadan hücumçu transfer etdi! (FOTO)

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçuyla 3 (2+1) illik müqavilə imzalanıb.

Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43