İdman

“Rabitə” geriyə düşdüyü oyundan qalib ayrıldı

Bu gün qadın voleybolçulardan ibarət Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Rabitə" doğma azarkeşlər önündə Kazanın "Dinamo klubu ilə qarşılaşacaq. 

İlk görüşdə məğlub olan komandamız bu görüşdə güclü rəqibini məğlub etməyə çalışacaq.

Qeyd edək ki, A qrupunun digər görüşündə “Agel” Çexiyada “Ximik”lə üz-üzə gələcək.

Çempionlar Liqası

II tur

26 noyabr

A qrupu

17:00. “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) 3-2 (22-25, 23-25, 28-26, 25-21, 15-9)

Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43