İdman

Rafael Ağayevin Olimpiadada iştirakı rəsmiləşib

Karate millisinin liderləri Rafael Ağayev və İrina Zaretskanın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcəyi rəsmiləşib.

Dünya karate federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan Rafael Ağayev -75 kq çəkidə, İrina Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.

Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.

İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması 26-28 iyunda Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.

Oxşar xəbərlər

Liberetsdə “Qarabağ” üçün şad xəbər – DƏQİQLƏŞDİ

admin

“Qəbələ” boksçularından Respublika oyunlarında 2 qızıl və 1 bürünc

admin

Azarkeşlərin görünməz qatili

admin