25 Sentyabr 2024
Dünya futbolu

Rafael Varan futboldan getdi

“Mançester Yunayted”in sabiq futbolçusu Rafael Varan karyerasını bitirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib. 31 yaşlı oyunçu yaşıl meydanlarla vidalaşıb. Müdafiəçi İtaliyanın “Komo” klubunda 1 oyun keçirib və dizindən aldığı ciddi zədə səbəbindən komandanı tərk edib.

Varan karyerası ərzində “Lens”, “Real” və “Mançester Yunayted”də də çıxış edib. 2018-ci ildə müdafiəçi Fransa millisi ilə dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43