Dünya futbolu

Rafael Varan İtaliya klubuna keçir

Fransız müdafiəçi Rafael Varan “Komo” klubu ilə şəxsi müqaviləni müzakirə etmək üçün İtaliyaya gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi 2023/24 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılıb. O, hazırda azad agentdir.

Varan 2021-2024-cü illərdə mankunianlıların şərəfini qoruyub. Bundan əvvəl o, on il “Real”da oynayıb və dörd dəfə Çempionlar Liqasının qalibi olub. Fransa millisinin üzvü kimi 2018-ci il Dünya Çempionatında qızıl medal qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43