• Ana səhifə
  • Müsahibə
  • Rahid Əmirquliyev: “Biz o qədər zəif deyilik ki, hər komanda bizi məğlub etsin” – MÜSAHİBƏ
Müsahibə

Rahid Əmirquliyev: “Biz o qədər zəif deyilik ki, hər komanda bizi məğlub etsin” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev idmanxeber.com-un əməkdaşının suallarını cavablandırıb.

– Komandanın hazırlığını necə dəyərləndirərdin?

– Antalyadan gəldikdən sonra iki gün dincəldik. Bu gün komanda ilə Bakıdakı ilk məşqimizə çıxdıq. Uşaqlar bu gün həvəslə işləyirdilər, görünürr ki, oynamaq istəyirlər. Toplanışda da bunu göstərdilər, o səbəbdən komandanın nəticə göstərəcəyinə inanıram.

– Komandada gedən gəncləşdirmə siyasətindən sonra yeni kollektiv ilə “Xəzər Lənkəran” əvvəlki iddiasını davam etdirə biləcəkmi?

– Çox dəyişikliklər oldu komandada, cavan uşaqlar çoxluq təşkil edir. Mən demirəm komanda bu il çempion olacaq, onu heçkim də deyə bilməz. Amma bu il nəticə yaxşı olmasa da, gələcəydə hər şey yaxşı olacaq. Çünki biz gələcəyin komandasını qururuq.

– Komanda gənclərdən yığıldı. Qorxmursan ki, bu heyətlə hətta diviziona yuvarlanmaq təhlükəsi ilə üz-üzə qala bilərsiz?

– Komandamızda dəyişikliklərin olmasına baxmayaraq, biz o qədər zəif deyilik ki, hər komanda bizi məğlub etsin. Elə səviyyədəyik ki, hər bir komandaya müqavimət göstərə bilərik.

– Premyer Liqanın III dövrəsinə Zaqatalada start verəcəksiniz. Çətin səfərlə bağlı düşüncələrini bilmək istəyərdim

– Toplanışdan qayıtdıqdan sonra həmişə ilk oyun çətin olur. “Simurq”un stadionunda oynamaq çox çətindir. Tək “Xəzər Lənkəran” üçün yox, bütün komandlara belədir. Biz əlimizdən gələni edəcəyik ki, Zaqataladan ən azı bir xalla qayıdaq. Gənclərə də başa salmışıq ki, qorxmadan oynamaq lazımdır.

– Komandanın kapitanı kimi “Xəzər Lənkəran”ı bu mövsüm hansı pillədə görürsən?

– Bizim güclü heyyətimiz var idi, gözəl də futbol göstərirdik, amma nəticə yox idi. Bəlkə bu cavanlaşdırma xeyirli olacaq. Çalışacağıq ki, nə qədər gücümüz var oynayaq və yüksək pillələrdə qərarlaşaq.

Vüsal Mirzəyev

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Qurban Qurbanov mənə dedi ki…” (MÜSAHİBƏ)

admin

Vaqif Sadıqov: “Bizim də Avropa səviyyəli komandamızın olması ilə qürur hissi keçirdim” – MÜSAHİBƏ

admin

“Neftçi”də bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük” – Stiven Monroz

admin