Ölkə futbolu

Rahid Əmirquliyev daha bir il paytaxt klubunda

“Səbail” kapitanı Rahid Əmirquliyevlə yeni müqavilə imzalayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2020/2021-ci il mövsümünün sonunadək uzadılıb.

Qeyd edək ki, R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43