Ölkə futbolu

Rahid Əmirquliyev: “Gözlədiyimiz baş vermədi”

AFFA İntizam Komitəsinin Orxan Sadıqlının “Neftçi”ylə matçda etdiyi ədəbsiz jesti bağışlaması ilə bağlı klubun kapitanı Rahid Əmirquliyevin  münasibətini öyrəndik.

İdmanxeber.com-a müsahibə verən Cənub klubunun aparıcı üzvü Orxanın hərəkətinə haqq qazandırmayaraq, bunları deyib:

“Mahir cəzalandırıldıqdan sonra biz gözləyirdik ki, Orxan da cəzalanacaq. Lakin gözlədiyimiz baş vermədi. AFFA futbolçumuza cəza vermədi. Təbii ki, bu düzgün hərəkət deyil. Lakin AFFA-nın verdiyi qərar bizim xeyrimizə oldu. İnanırıq ki, bu son olacaq. Çünki “Xəzər Lənkəran” peşəkar klubdu və burada peşəkar futbolçular cəmləşib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43