Kateqoriyasız

Rahid Əmirquliyev iddialı danışdı: “Yalnız qələbə”

“Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına açıqlamasında deyib. Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Qəbələ” ilə keçirəcəkləri oyunun önəmindən danışan təcrübəli yarımmüdafiəçi meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:

“Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik”.

Qeyd edək ki, aprelin 27-də keçiriləcək “Səbail” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.

Hazırda Bakı klubu 38 xalla üçüncü, əyalət təmsilçisi isə 36 xalla dördüncüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43