Milli komanda

Rahid Əmirquliyev: “İndiki Şimali İrlandiya 2 il əvvəlindən daha güclüdür”

Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, dünən yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşılaşmanın baş tutacağı "Uindsor Park" stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:


– Şimali İrlandiya ilə matç ən vacib oyunlarımızdan biri olacaq. Yaxşı hazırlaşmışıq. Rəqibi diqqətlə analiz etmişik. Öz oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.
 
– Şimali İrlandiya ilə əvvəlki 2 matçın hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?

– Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, bu, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir. Çünki həm onlar, həm də biz dəyişmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43