Milli komanda

“Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil” – Prosineçki

Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ötən gün keçirilmiş Azərbaycan – Kanada yoldaşlıq oyunda qalib müəyyənləşmədi – 1:1.

İdmanxeber.com-un məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki oyundan sonra matçla bağlı fikirlərini səsləndirib:

“Oyunun birinci hissəsində 4 qol epizodu yaratdıq, amma realizə edə bilmədik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik. Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik. Futbolçularım ilk dəqiqələrdən öz oyununu nümayiş etdirə bilsə, istənilən rəqibə qarşı mübarizə apara bilərik.

Mövsümün sonudur, futbolçular çoxlu oyun keçirib, yorğunluq var idi. Bunları nəzərə alıb, məşq prosesini elə qurduq ki, oyunlara gücləri qalsın. Şəraitimizə gəldikdə, komandanın hazırlıq keçməsi üçün hər cür imkan yaradılmışdı. Ötən il Norveçlə oyundan əvvəl də burda toplanışımız olmuşdu. Yenə deyirəm, Kanada ilə oyun ümid verdi ki, Azərbaycan yığması hər bir rəqibə qarşı oynaya bilər. 

Rəsmi oyunlara neçə faiz hazır olduğumuzu indi deməkdə çətinlik çəkirəm. Çünki Namik Ələsgərov zədədən döndükdən sonra ilk beynəlxalq oyununu keçirib. Amma Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil. Bir məsələni də qeyd edim ki, San Marino ilə oyundan əvvəl toplanış keçirməyəcəyik. Ümid edirəm ki, millinin futbolçuları həmin oyuna hazır olacaqlar və zədəsiz komandaya qoşulacaqlar”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43