Müsahibə

Rahid Əmirquliyev: “Oyundan həzz alırıq” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev "Qəbələ" ilə matçdan sonra (3:0) idmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı nə deyərdin?

Bu oyuna ciddi hazırlaşmışdıq, ağır oyun oldu, şükürlər olsun ki, qələbə qazandıq".

– "Xəzər Lənkəran" bundan əvvəlki oyunlarda yaxşı oyun göstərsə də, qol vura bilmirdi. Bu dəfə amma fərqli oldu..

– Komanda indiyə qədər yaxşı oyun oynayırdı, bəxtimiz gətirmirdi, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Bunun üzərində məşqlərdə işləyirdik. Bu oyunda epizodlardan istifadə edə bildik, hətta deyərdim daha çox qol vura bilərdik, hesab daha böyük ola bilərdi. Amma əsas odur 3 xalı qazandıq.

– Qarşılaşmanın belə böyük hesabla bitəcəyini gözləyirdin?

– Belə hesab gözləmirdik, bilirdik ki, rəqibimiz güclüdür, həm də Lənkəranda yox, Bakıda oynayırdıq.Bu amil də bizim əleyhimizə işləyirdi. Azarkeşlərə öz təşəkkürümü bildirirəm ki, burda da bizi yalnız qoymadılar. Oyundan əvvəl dediyim ki, belə hesabla qalib gələcəyimizi gözləmirdim. Oğuz Çətinin gəlişindən sonra meydanda rahat oynamağa çalışırıq, oyundan həzz alırıq.



– Millimizin baş məşqçisi Robert Prosineçki də oyunu izləyirdi. Ola bilər ki, yerli futbolçular özünü millimizin baş məşqçisinə göstərmək üçün oynayır?

– Buna inanmıram. Bizdə hamı komanda üçün, 3 xal üçün oynayır,  millimizin baş məşqçisinin oyunda  olub –olmamağının bizə heç bir fərqi yoxdur.

– Suni meydançada oynamağınız sizin oyununuza nə qədər təsir edir?

– Bizim üçün həm süni meydanda, həm də Bakıda oynamaq çətindir. Lakin artıq iki həftədən çoxdur ki, süni meydançada məşq edirik, ona görə də bu, oyunumuza elə də təsir etmir.
 

– Bu mövsüm "Xəzər Lənkəran”ın hədəfləri haqda nə deyə bilərsən. .

– Hədəfimiz qarşıdakı bütün oyunlarda qələbə qazanmaq və çempion olmaq. Bunun üçün də meydanda nə lazımdırsa, edəcəyik.

Elsevər Əlyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43