Milli komanda

Rahid Əmirquliyev: “Prosineçki bizdən bunu tələb edir”

“Maltayla bizi çətin oyun gözləyir. Çünki rəqib də Bakıya məğlub olmaq üçün gəlmir. Lakin buna baxmayaraq azarkeşlərimizi sevindirmək istəyirik. Baş məşqçimiz də bizdən 3 xalı tələb edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Rahid Əmirquliyev deyib.

“Xəzər Lənkəran”ın kapitanı martın 28-də Maltanı məğlub etməkdən başqa düşüncələrinin olmadığını bildirib:

“Düzdü yoxlama matçında bu rəqibi 3:0 hesabı ilə məğlub etmişik. Ancaq unutmayaq ki, o bir yoxlama matçı idi və üstündən xeyli keçib. Bu gün meydanda zəif rəqib yoxdu. Biz mübarizə aparıb Maltanı məğlub edib, azarkeşlərimizi sevindirəcəyik. Qələbədən başqasını düşünmürük. Azarkeşlərimiz üçün meydana çıxıb mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43