Müsahibə

Rahid Əmirquliyev: “Qurban Qurbanovun köməyi böyük oldu” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin İdmanxeber.com-a müsahibəsi.

– Rahid, komanda Avstriya toplanışı çərçivəsində 3 yoxlama matçı keçirdi. 2 məğlubiyyət, 1 qələbə. Təlim-məşq toplanışını necə dəyərləndirərdin?

Toplanış ağır keçdi. İki oyunda məğlub olsaq da, bir matçda qələbə qazandıq. Bunlar yoxlama matçı olduğundan nəticələr önəmli deyil. Əsas olan komandanın yaxşı toplanış keçməsi idi ki, biz də ən yaxşı formada bunu etdik.

– “Zenit” kimi güclü komandanı məğlub edə bilsəniz də, digər elə də tanınmamış komandalara uduzdunuz. Sanki komanda da nisbətən zəif komandalarla oyuna adabtasiya problemi olur.

Yox, belə deməzdim. Toplanış zamanı belə nəticələr olur.Bu təlim-məşq toplanışı ağır oldu. Ona görə də istənilən rəqibə qarşı oynamaq çətin idi. Baxmayaraq ki, rəqib güclüdü, ya zəif.

– Toplanış zamanı “Qarabağ” cəmi 1 qol vurdu. Hansı ki, həmin qolu da sən vurmusan. Düşünmürsən ki, komandada hücumçu problemi var?

3 oyunda 1 qol vurmaq biraz aşağı göstəricidi. Ancaq oyunlara diqqətlə nəzər yetirsəniz xeyli qol imkanlarımız oldu ki, yararlana bilmədik. Komandamızda 2 yaxşı formada olan hücumçu var. Əgər komandada hər hansı bir mövqedə problem varsa belə, bu barədə baş məşqçi daha yaxşı bilər.

– Zədədən sonra özünü tam hazır hesba edirsənmi?

6 ay yaşıl meydanlardna kənar qaldım. Açığı futbol üçün, oynamaq üçün darıxmışdım. Toplanış boyu komanda ilə birgə hazırlıq keçdim, oyunlara çıxdım. Özümü indi daha yaxşı hiss edirəm.

– Nadir hallarda zədəli futbolçular zədədən döndükdən sonra tez bir zamanda əvvəlki formasını bərpa edə bilirlər. Lakin səndə hər şey fərqlidi. Zədədən döndükdən sonra sərgilədiyin yüksək oyun və vurduğun qol. Bunun sirri nədədi?

Açığı bunun sirri özünəinamda. Bundan əlavə baş məşqçimiz Qurban Qurbanovun mənə olan inamı da, əlavə güc, stimul verdi. Klub rəhbərliyinə və baş məşqçimizə təşəkkürümü bildirirəm ki, mən zədə aldıqdan sonra mənə tam dəstək oldular. Zədədən sonra Almaniyada adaptasiya dövrü keçməyimə şərait yaratdılar və ona görə də yaşxı durumdayam. Bu yaxşılıqın qarşılığını hər an verməyə hazıram.

– Və son olaraq ÇL-dəki rəqibiniz “Dudelanj”la bağlı fikirlərini də öyrənərdik. İlk oyunda hansı nəticə size qane edər?

-Komanda haqda cox şey bilməsəm də, son ildə “qızıl dubl” etdikləri haqda məlumatım var. Lüksemburq klubunun heyətində xeyli sayda legioner də var. Ona görə də bu matça cidid hazırlaşırıq. İlk oyunlar həmişə çətin olur.  İlk oyun evdə olduğu üçün çalışacağıq ki, yaxşı oyun göstərək və qələbə ilə azarkeşlərimizi sevindirək. Hesab nə qədər böyük olsa o qədər yaxşıdı. Ancaq əsas olan öz meydanında qol buraxmamaqdı. Bütün gücümüzlə yaşxı nəticə qazanmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Xəyal



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43