Ölkə futbolu

Rahid Əmirquliyevin əlacsız qaldığı məqam: “Mən kiməm ki?”

"Mən həbs olunan Elikoya görə klub rəhbərliyinə və AFFA-dan xahiş etdim ki, bu işdə köməklik göstərsinlər. Mən yalnız bunu edə bilərdim və etdim də. Başqa əlimdən nəsə gəlmir. Mən kiməm ki? Sadə bir futbolçu".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib.

Cənub klubunun aparıcı üzvü daha sonra məlum "Xəzər Lənkəran" – "Neftçi" oyunundan sonra həbs olunan azarkeşlərin məhkəməsində iştirak etmək istədiyini vurğulayıb:

"Ayın 3-də Bakıda "Neftçi"ylə oyun öncəsi məşqimiz olacaq. Əgər baş məşqçi icazə versə, o məhkəmədə iştirak etmək istəyirəm. Çox təəssüf ki, mənim əlimdən heç nə gəlmir".

Əmirquliyev fevralın 9-da qarşılaşacaqları "Neftçi"ylə oyuna da toxunub:

"Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Fərqi yoxdu bu ya "Neftçi" olsun, ya da digər komanda. Qələbədən başqa heç nə düşünmürük".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43