İdman

Rahid “Qarabağ”ı sevindirdi, Reynaldo isə…

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, hazırlığın on üçüncü gününü komanda iki məşqlə başa vurub.

Günün ikinci məşqi yerli saatla 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürüb. 90 dəqiqə davam edən məşqdə taktiki və toplu çalışmalara üstünlük verilib.

Sabah hazırlığında dizində ağrıları olan Rahid Əmirquliyev fərdi məşqlə kifayətlənsə də, zədəsini tez sağaldaraq axşam məşqində komandaya qoşulub.

Coşqun Diniyev və Reynaldo Silva isə fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43