Kateqoriyasız

Rahid “Səbail”də qaldı – Rəsmi

“Səbail” yarımmüdafiəçisi Rahid Əmirquliyev ilə müqavilənin müddətini artırıb.

Idmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla imzalanmış anlaşmaya əsasən, 32 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, millimizin sabiq üzvü 2018-ci ildən “Səbail”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43