Ölkə futbolu

“Rahil Məmmədov Polşada daha yaxşı klublara keçə bilər”

“Rahil Məmmədovun LKS klubuna gəldiyindən xəbərim var. Burada əsas çempionatda oynaya bilər. Polşa onun üçün yaxşı fürsətdir. Əgər özünü göstərə bilsə, buradan daha yaxşı klublara gedə bilər. Əminəm ki, belə də olacaq”.

Bu sözləri İdmanxeber.az saytına Polşanın IV Liqa klubu “Troşin”də forma geyinən azərbaycanlı futbolçu Orxan Fərəcov “Qarabağ”ın sabiq müdafiəçisi Rahil Məmmədovun LSK klubuna keçidini şərh edərkən deyib. O, daha sonra belə davam edib:

Düzdü, həmin klubda vəziyyət pisdir. Aşağı pillələrdə gedir. Ancaq bura fərqli çempionatdır. 6 ay sonra biz Rahili başqa klubda görə bilərik. Təəssüf ki, bura gələndən sonra görüşə bilməmişik. Şəhərlərimiz uzaqdır. Belə yaxın münasibətimiz də olmayıb.

Ancaq bir-birimizi tanıyırıq. 16 yaşım olanda “Neftçi” ilə əsas heyətdə məşq edirdim, Rahil də orda idi. O zamandan tanıyıram onu. Sonradan Məmmədov “Qarabağ”a keçdi. Ona uğurlar arzulayıram. Yolu açıq olsun”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43