Millimizin müdafiəçisi Rahil Məmmədov “LKS Lodz”un heyətində debüt edib.
İdmanxeber.az xəbər verir ki, komanda yoxlama görüşü çərçivəsində “Atırau” ilə qarşılaşıb. Start heyətində yer alan Rahil birinci hissədən sonra əvəzlənib. Görüş Lodz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil bir neçə gün əvvəl “Qarabağ”dan Polşa klubuna keçib.