Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, liqada sonuncu dəfə avqustda qələbə qazana bilən Lodz klubu sonunda şeytanın qıçını sındıra bilib. Evində “Puşa”yla qarşılaşan LKS hesabda geri düşsə də, geri dönüş etməyi bacarıb – 3:2.
Görüşə start heyətində başlayan Rahil sona qədər meydanda olub.
Üçüncü qələbəsini qazanan LKS 13 xalla sonuncu yerdədir. “Puşa” isə 22 xalla 16-cı yeri tutur.