Kateqoriyasız

Rail Məlikov 5 aydan sonra futbol oynaya bilər

Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan “Qəbələ”nin futbolçusu Rail Məlikov İstanbulda – “Acıbadem” Fulya Xəstəxanasında əməliyyat olunub.

Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib.

Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43