Kateqoriyasız

Ramil “Dinamo”dan şikayət edir?

Ramil Şeydayev Moskvanın “Dinamo”sunun onunla müqaviləni ləğv etməsindən narazıdır.

Şeydayev məsələ ilə əlaqədar Rusiya Futbol İttifaqının mübahisəli məsələlər üzrə palatasına müraciət edə bilər. Çünki 22 yaşlı hücumçunun müqaviləsi mövsümün sonunda başa çatırdı.

Nəşrin qeydinə görə, Moskva təmsilçisi hüquqi baxımdan doğru addım atdığından əmindir. Qəzet Ramilin “Dinamo”ya keçən zaman müqaviləsinin yanvarın 15-nə kimi ləğv edilməsinin mümkünlüyü barədə razılığın olduğunu vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43