24 Yanvar 2019
İdman

Ramil Quliyev: “Boltun yerini tutmaq istəyirəm”

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə mətbuatına müsahibə verib.

28 yaşlı idmançı hədəfinin yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu olan sabiq atlet Useyn Boltun yerini tutmaq olduğunu bildirib:

“Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb. Hədəfim bu boşluğu doldurmaqdır. Məncə, onun yerini tutmaq mümkündür. Dünyanın ən yaxşısı olmaq fərqlidir. Bunun üçün var gücümlə çalışıram”.

R. Quliyev Türkiyə yığmasının heyətində ötən il Londonda keçirilən dünya çempionatında  200 metr məsafəyə qaçış üzrə qızıl medala layiq görülüb.

Oxşar xəbərlər

“Qəbələ”nin 97 yaşlı rəqibi

admin

“Keşlə” Azərbaycan kubokunda finala belə adladı – VİDEO

admin

İbrahim Şehiç Robert Prosineçkinin sevimlisinə çevrilib

admin