Kateqoriyasız

“Ramil Şeydayevə 1 qol lazımdı” – “Dinamo” rəsmisi

FutbolPressRusiyanın “Dinamo” klubunun idman direktoru Roman Oreşuk Moskva klubunun azərbaycanlı futbolçusu Ramil Şeydayev haqda fikirlərini bildirib. O, 23 yaşlı forvarda inandıqlarını deyib:

“Deməzdim ki, Ramil Şeydayev potensialına görə digər futbolçulardan geri qalır. Lutsenko və Markovun qol vurmalarına şadam. Ramilə isə bir qol lazımdı ki, davamı gəlsin. Özünüz də Şeydayevin necə narahat olduğunu görmüsünüz. Biz Ramilə inanırıq. O, “Dinamo”da qollarını vuracaq. Bunun üçün imkanları var. Sakitləşməli, özünə gəlməli və düşünməlidi. Belə olanda qollar gələcək”.

Ramil bu mövsüm 6 oyuna 1 assist edib. Milli üzvü son iki matçda meydana çıxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43