Kateqoriyasız

Ramil Şeydayev: “Əgər kiminsə haqqında heç nə yazılmırsa, deməli, çox pis futbolçudur”

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Litva ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, 23 yaşlı forvard əvvəlcə matçla bağlı fikirlərini bildirib:

– Sabahkı matçın nəticəsi çox vacibdi. Baxmayaraq ki, yoldaşlıq oyunudu, qələbə qazanmaq istəyirik. Baş məşqçimiz bizə bildirib ki, qalib gəlməklə qarşıdakı rəsmi matçlarda əlavə motivasiya əldə edə bilərik. Rəqibimiz kifayət qədər yaxşı komandadı, amma favorit sayılırıq və bütün düşüncəmiz qələbə qazanmağa yönəlib.

– Son matçlarda performansın çox yüksəlib və ardıcıl qollar vurursan. Məşhur karikaturaçı Omar Momani də Xorvatiya ilə matçda fərqlənməyinə biganə qalmadı. Necə hisslər keçirdin?
– Xoş sözlər üçün təşəkkür edirəm. Belə karikaturaların çəkilməsi mənə çox yaxşı təsir edir. Yəqin ki, bütün digər futbolçular üçün də belədi. Əgər kiminsə haqqında heç yazılmırsa, çəkilmirsə, demək, çox pis futbolçudur. Mən belə şeylərə normal münasibət bəsləyirəm. Təbii ki, çox xoş oldu.

– “Krılya Sovetov”la müqavilən 1 illikdi və 6 ay qalmışdan artıq digər klublarla danışıq aparmaq icazən var. Ümumiyyətlə, təklifin varmı və Samara klubunda gələcəyini necə görürsən?
– İndidən buna cavab vermək çətindi. Qarşıda çempionatın 10 oyunu var. Yenə qollar vura bilərəm, amma proses başqa cür də gedə bilər. İndi bütün diqqətimi milliyə yönəltmişəm. Qayıtdıqdan sonra klubdakı qələcəyim haqda düşünə bilərəm.

Oxşar xəbərlər

Samir Abasov: “Pərdis bizim planlarımıza daxil deyil”

admin

“Qarabağ”a qol vuran oyunçu: “Onları çox yaxşı analiz etmişdik”

admin

“Qarabağ” Lissabona yollandı (FOTOLAR)

admin