Kateqoriyasız

Ramil Şeydayev ən uğursuz transferlər sırasında

Rusiya Premyer Liqa klublarının bu yay etdiyi ən uğursuz transferləri açıqlanıb.

Siyahıda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. Yayda azad agent kimi Moskva “Dinamo”suna keçən 23 yaşlı hücumçu ümidləri doğrultmur:

Siyahıda, həmçinin, Malkom (“Zenit”), Maksimilian Filipp (“Dinamo”), Quus Til (“Spartak”), Tonni Vilyena (“Krasnodar”), Reziuan Mirzov (“Spartak”), Kayo (“Krasnodar”), Elmir Nabiullin (“Soçi”), Lukas Santos (ÇSKA) və Andre Şürrle (“Spartak”) yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43