Dünya futbolu

Ramil Şeydayev ən yaxşılar sırasında – FOTO

Rusiya Premyer Liqasında qış fasiləsindən sonrakı ilk turun simvolik komandası açıqlanıb.

“Lokomotiv”lə Moskvadakı qarşılaşmada “Krılya Sovetov”u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də heyətdə yer alıb. Görüş ərzində 52 faizlik uğurlu reytinqlə Şeydayev turun ən yaxşı iki hücumçusundan biri olub. O, matçda 2 dəfə qapıya zərbə ilə yadda qalıb ki, bunun birində toru silkələyib. Yerli KİV Şeydayevin baş məşqçi Miodraq Bojoviçin ona verdiyi şansdan maksimum yararlandığını vurğulayıb.

“Lokomotiv” – “Krılya Sovetov” oyunu 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43