Dünya futbolu

Ramil Şeydayev 7 dəqiqəyə dubl etdi, komandası darmadağınla qalib gəldi – VİDEO

Slovakiya Fortuna Liqasında mövsümə yekun vurulub. Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Jilina" sonuncu – XXXIII turda "Podbrezova"nı qəbul edib.

Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə, hesab 1:0 olarkən meydana çıxıb. O, geridə qalan dəqiqələr ərzində 2 qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. Şeydayev 82 və 89-cuı dəqiqələrdə adını tabloya yazdırıb.

"Jilina" Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda çempionatı 73 xalla başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43