Dünya futbolu

“Ramil Şeydayev Azərbaycan millisində oynamaqdan zövq alır”

“Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər Danimarkanın “Orxus” klubunda çıxış edən Camaldin Hocaniyazova məxsusdur. Rusiya mətbuatına danışan müdafiəçi dostu olan Ramilin seçimində peşman olmadığını vurğulayıb:

“Ramil Azərbaycan millisində hər oyun əsas heyətdə çıxır və yüksək səviyyədə də oynayır. Şeydayev Azərbaycan millisini seçməsinə görə peşman deyil”.

Qeyd edək ki, 21 yaşlı rusiyalı futbolçu da Ramil kimi “Zenit”in yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43