Dünya futbolu

Ramil Şeydayev Çempionlar Liqasında debüt edə bilər

Milli komandamızın futbolçusu Ramil Şeydayev bu gün Çempionlar Liqasında debüt edə bilər.

İdmanxeber.com-un məluamtına görə, 21 yaşlı hücumçumuzun komandası Slovakiya “Jilina”sı ÇL-in ikinci təsnifat mərhələsinin ilk matçında Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.

Qeyd edək ki, “Jilina”nın əsas oyunçularından olan R.Şeydayevin bu görüşdə iştirakı ehtimalı yüksəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43