Ölkə futbolu

Ramil Şeydayev: “Çox yaxşı hazırlaşmışam”

“Təlim-məşq toplanışında fiziki cəhətdən özümü çox yaxşı hiss edirdim. Müqaviləm başa çatdığı üçün, “Zenit”dən yeni sözləşmə gözləntim var idi, lakin olmadı. Luçesku ilə balı danışmaq lazım gələrsə, hər şeyə rəğmən məndə gözəl hisslər buraxdı”.

 

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Trabzonspor”un azərbaycanlı futbolçusu Ramil Şeydayev Türkiyə mətbuatına verdiyi açıqlamasında səsləndirib. Gənc forvard Qara Dəniz təmsilçisindəki hədəfindən də danışıb.

 

“Dediyim kimi, özümü fiziki cəhətdən güclü hiss edirəm. Çox yaxşı hazırlaşmışam. “Trabzonspor”da özümü isbat edəcəm. Yeni baş məşqçimin ədalətli biri olduğunu düşünürəm. Məni görəcək”.(Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43