Kateqoriyasız

Ramil Şeydayev “Dinamo”da! – RƏSMİ

Millimizin forvardı Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmilləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisində tibbi müayinədən uğurla keçən millimizin üzvü ilə bu gün 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil ötən ilin avqust yayından “Krılya Sovetov”da çıxış edirdi. 23 yaşlı hücumçu ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43